Ötən gün 25 kq narkotik dövriyyədən çıxarılıb

Ötən gün 25 kq narkotik dövriyyədən çıxarılıb
  08 İyun 2018    Oxunub:690
Respublikanın daxili işlər orqanları ümumən cinayətkarlığa, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlərini uğurla davam etdirirlər.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, təkcə bir gün ərzində - iyunun 7-də bu istiqamətdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ümumi çəkisi 25 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş xeyli sayda çətənə kolu polis əməkdaşları tərəfindən aşkar edilərək götürülüb.

Qeyd edək ki, ötən gün daxili işlər orqanları tərəfindən narkotiklərlə əlaqəli 22 fakt müəyyən edilib. Bu istiqamətdə tədbirlər qətiyyətlə davam etdirilir.

AzVision.az


Teqlər: DİN   Narkotik  





Xəbər lenti