Ukrayna parlamentində əlbəyaxa dava – VİDEO

Ukrayna parlamentində əlbəyaxa dava – VİDEO
  08 İyun 2018    Oxunub:2389
Ukrayna Ali Radasının deputatları iclas zamanı əlbəyaxa davaya çıxıblar.

AzVision.az xəbər verir ki, bu barədə "Newsone" telekanalı məlumat verib. Dava “Xalq cəbhəsi”nin deputatı Sergey Paşinskinin çıxışı zamanı baş verib. O, fraksiyadankənar deputat Yevgeni Muravyova qarşı istintaq işinin açılmasını tələb edib.
Bu zaman "Xalq cəbhəsi" fraksiyasının deputatı Yuri Bereza müxalif blokdan olan həmkarı Aleksandr Doljenkaya tərəf qaçaraq onun pencəyinin yaxasından tutub. Digər deputatalar onları ayırmağa çalışsa da, dava edənlər bir-birilərinə zərbə vurmağa davam ediblər.

Lakin sonradan Berezanı iclas zalından çıxartmaq mümkün olub. Davanın konkret nədən baş verdiyi isə dəqiq bilinmir.

Qeyd edək ki, Ukrayna Ali Radasında bu cür davalar tez-tez baş verir.



Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ukrayna   parlament  





Xəbər lenti