Evində çətənə əkən şəxs tutulub

Evində çətənə əkən şəxs tutulub
  08 İyun 2018    Oxunub:2454
Astara Rayon Polis Şöbəsinin əməkdaşları “Xaş-xaş 2018” tədbirlər planı çərçivəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri keçiriblər.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AzVision.az-a verilən məlumata görə polis əməkdaşları tərəfindən rayonun Şiyəkəran kəndlərində qanunsuz olaraq narkotik tərkibli çətənə kolları əkib becərən şəxs saxlanılıb. Şiyəkəran kənd sakini Rusif Əliyevə məxsus yaşayış evinin həyətyanı sahəsinə keçirilən baxış zamanı yarımtikilinin içərisində qanunsuz olaraq əkilib becərilmiş 32 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.

Faktla əlaqədar Astara RPŞ-nin istintaq bölməsində cinayət işi başlanılıb. Bu istiqamətdə tədbirlər davam etdirir.

AzVision.az


Teqlər: DİN   Lənkəran  





Xəbər lenti