Malta prezidenti İlham Əliyevə məktub göndərib

Malta prezidenti İlham Əliyevə məktub göndərib
  08 İyun 2018    Oxunub:1433
Malta Respublikasının Prezidenti Mari-Luiz Koleyro Preka Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
AzVision.az xəbər verir ki, məktubda deyilir: " Zati-aliləri. Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə və xalqınıza şəxsən öz adımdan, həmçinin Malta xalqı adından səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.

2016-cı ildə Bakıya səfərimi və səfər çərçivəsində aparılmış konstruktiv müzakirələri xoş təəssüratlarla xatırlayıram. Ölkələrimiz arasında yüksək səviyyəli münasibətlərin mövcud olduğunu vurğulayır və bunu alqışlayıram. Ümid edirəm ki, xalqlarımızın mənafeyi naminə ölkələrimiz arasında siyasi və iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsi, həmçinin təhsil sahəsində yeni layihələrin həyata keçirilməsi üçün il ərzində imkanlar yaranacaqdır.

Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və ölkənizə daimi firavanlıq arzulayıram. Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   Təbrik  





Xəbər lenti