İlham Əliyev Britaniya kraliçasını təbrik edib

İlham Əliyev Britaniya kraliçasını təbrik edib
  08 İyun 2018    Oxunub:1325
Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası II Elizabetə təbrik məktubu göndərib.
Təbrikdə deyilir: "Ülyahəzrət, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı – Təvəllüd Gününüz münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Birləşmiş Krallığın dost xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   Təbrik   Kraliça  





Xəbər lenti