Baş nazirin müavini Dilqəm və Şahbazdan danışdı

Baş nazirin müavini Dilqəm və Şahbazdan danışdı
  08 İyun 2018    Oxunub:1419
İyunun 8-də Baş nazirin müavini Əli Həsənov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Elena Aymone Sessera ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Baş nazirin müavini Əli Həsənova cəbhə xəttinə yaxın ərazilərdə təşkilat tərəfindən həyata keçirilən humanitar layihələr barədə ətraflı məlumat verən Elena Aymone Sessera yaradılan münbit şəraitə görə ölkə rəhbərliyinə təşəkkürünü bildirib və həmin layihələrin davamlı olacağını diqqətə çatdırıb.

Baş nazirin müavini humanitar missiyasının icrasında beynəlxalq təşkilata bundan sonra da lazımi dəstək veriləcəyini qeyd edib. Daha sonra Əli Həsənov işğal altında olan Kəlbəcər rayonu ərazisində doğmalarının məzarını ziyarət etmək məqsədi ilə əzəli torpaqlarına səfər zaman Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin vəziyyətləri ilə bağlı narahatlığını ifadə edib. O, BQXK-nın bu məsələnin həlli istiqamətində səylərinin artırılmasının vacibliyini vurğulayıb.

Görüşdə beynəlxalq humanitar təşkilatın ölkəmizdə gələcək fəaliyyəti barədə geniş fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər: Əli-Həsənov   Girov   Kəlbəcər  





Xəbər lenti