Bakıda İslahatçılar Alyansının sammiti keçirilir

Bakıda İslahatçılar Alyansının sammiti keçirilir
  09 İyun 2018    Oxunub:1523
Bu gün Bakıda Avropada Mühafizəkarlar va İslahatçılar Alyansının sammiti keçirilir.
AzVision.az xəbər verir ki, tədbirdə Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov, Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti Yan Zahradil, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Alyansın üzvü Qüdrət Həsənquliyev və digər rəsmilər iştirak edirlər.

Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov prezident İlham Əliyevin sammitə ünvanladığı məktubu oxuyub.

Sammit çərçivəsində "Eenerji təhlükəsizliyi", "İqtisadi azadlıq", "Rəqəmsal iqtisadiyyat", "Təhsil transformasiyası", "nəqliyyat və əlaqə" və "İdarəetmə və lokallıq" mövzularında panellər keçiriləcək.



Elvin Abdulqədirov
AzVision.az



Teqlər:





Xəbər lenti