Yan Zahradil: “Azərbaycana ciddi dəyər verməliyik”

Yan Zahradil: “Azərbaycana ciddi dəyər verməliyik”
  09 İyun 2018    Oxunub:2550
"Azərbaycan etibarlı tərəfdaşdır. Buna görə biz Azərbaycana ciddi dəyər verməliyik"
AzVision.az xəbər verir ki, bunu Bakıda jurnalistlərə açıqlamasında Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti, Avropa Parlamentinin Beynəlxalq Ticarət Komitəsinin vitse-prezidenti, Avropa Parlamentinin üzvü Yan Zahradil deyib.

Y.Zahradil bildirib ki, Azərbaycan beynəlxalq səviyyədə çox ciddi hörmətə layiq ölkədir: "Azərbaycan geosiyasi məsələlərdə, nəqliyyat, enerji məsələlərində ciddi rol oynayır və oynamağa davam edəcək. Bu səbəbdən Avropa İttifaqı, Avropa Şurası Azərbaycana daha çox əhəmiyyət verir. Azərbaycanla bağlı birtərəfli hallar olub. Bunun səbəbi odur ki, Azərbaycan regiondakı bəzi siyasi hadisələrdə kimlərsə tərəfindən günahlandırılır. Bu kimi hallara tez bir zamanda son verilməlidir. Azərbaycanın bəzi siyasi oyunların qurbanına çevrilməsinə son qoyulmalıdır".

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Yan-Zahradil   Alyans  





Xəbər lenti