Səməd Seyidov AŞPA-nın sessiyasında iştirak edəcək

Səməd Seyidov AŞPA-nın sessiyasında iştirak edəcək
  09 İyun 2018    Oxunub:1759
“Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında Büronun üzvü, o cümlədən Azərbaycanı təmsil edən şəxs kimi mən də iştirak edib öz mövqeyimi bildirəcəm”.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

S.Seyidov qeyd edib ki, AŞPA-da fəaliyyət üçün iki əsas funksiya var: “Bunlardan biri öz ölkəni, ya da Avropanı narahat edən problemlərə dair sənədləri təqdim etmək, ikincisi isə öz mövqeyini bildirməkdir. Buna heç bir sanksiya qoyula bilməz”.

“AŞPA-da bizə qarşı işləyən qüvvələrin fikri o idi ki, biz bu sanksiyalara kəskin reaksiya verərək AŞPA-dan üz döndərək. Başa düşmürlər ki, biz AŞPA-nı bu cür işləyən insanlardan daha yaxşı tanıyırıq. Bir qrup insanların mövqeyinin hansısa mərhələdə reallaşması o demək deyil ki, Azərbaycan qurumdan imtina edəcək. Əksinə, sessiyada aktiv fəaliyyət göstərəcəyik və əminəm ki, onların arzuları ürəklərində qalacaq” – S.Seyidov əlavə edib.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: AŞPA   Səməd-Seyidov  





Xəbər lenti