“ASAN xidmət” “NETTY2018”in qalibi oldu

“ASAN xidmət” “NETTY2018”in qalibi oldu
  09 İyun 2018    Oxunub:1746
“NETTY2018” Azərbaycanın milli internet mükafatının 14-cü mükafatlandırma mərasimi baş tutub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AzVision.az-a verilən məlumata görə, “Dövlət saytı” nominasiyasında “ASAN xidmət”in rəsmi internet səhifəsi - www.asan.gov.az birinci yerə layiq görülüb.

Xatırladaq ki, “ASAN xidmət” ikinci dəfədir eyni nominasiyada qalib olur.

NETTY-2018 Azərbaycan Milli İnternet Mükafatı - Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyalar sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır.

AzVision.az


Teqlər: ASAN-Xidmət  





Xəbər lenti