Yağış Tovuza ciddi ziyan vurub – FOTO

Yağış Tovuza ciddi ziyan vurub – FOTO
  10 İyun 2018    Oxunub:1331
Bu gün səhər saat 05.00 radələrindən başlayaraq 2 saat ərzində Tovuzda leysan xarakterli yağış yağıb.
AzVision.az APA-ya istinadla xəbər verir ki, nəticədə kənd təsərrüfatına sahələrinə, xüsusən taxıl sahələrinə ciddi ziyan dəyib.

Rayon mərkəzinə elektrik enerjisinin verilişi dayandırılıb. Bəzi yaşayış yerləri və ticarət obyektlərinin zirzəmilərinə su dolub. Həmçinin rayon mərkəzində iki yeraltı keçidi su basıb, bir avtomobil keçiddə qalıb.

Hazırda leysanın fəsadlarının aradan qaldırılması üçün tədbirlər görülür.



AzVision.az


Teqlər: Tovuz   Yağış   Leysan  





Xəbər lenti