Putin səfirə Azərbaycanla bağlı tapşırıqlar verib

Putin səfirə Azərbaycanla bağlı tapşırıqlar verib
  10 İyun 2018    Oxunub:7284
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Rusiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovun etimadnaməsini qəbul edib.
AzVision.az xəbər verir ki, ölkə başçısı ilə görüşündə Boçarnikov Rusiya prezidenti Vladimir Putinin ona səfirlik fəaliyyəti dövründə Azərbaycan ilə əlaqələri daha da möhkəmləndirmək istiqamətində səylər göstərmək barədə tapşırıqlar verdiyini bildirib.

Yeni səfir qeyd edib ki, Rusiya-Azərbaycan ikitərəfli münasibətləri bütün sahələrdə uğurla inkişaf edir.

Azərbaycanda bütün sahələrdə gedən inkişaf proseslərinin Rusiyada maraqla izlənildiyini deyən Mixail Boçarnikov Bakıda olduğu bir neçə gün ərzində paytaxtda aparılan abadlıq işlərinin onda dərin təəssürat yaratdığını vurğulayıb.

AzVision.az


Teqlər: Rusiya   Səfir   Putin  





Xəbər lenti