Azərbaycan ilk beşlikdə - Rusiyaya səfərlərin sayına görə

  10 İyun 2018    Oxunub : 517
Azərbaycan ilk beşlikdə - Rusiyaya səfərlərin sayına görə
TurStat agentliyi 2018-ci ilin I rübü ərzində Rusiyaya səfərlər üzrə turizm statistikasını təhlil edib.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycandan Rusiyaya turist səfərləri I rüb ərzində 193 min təşkil edib, ötən ilin ilk üç ayından 7 faiz çox.

Ümumilikdə I rüb ərzində xarici vətəndaşların Rusiyaya turist səfərlərinin sayı 4,3 milyon təşkil edib.

İlk beşlikdə aşağıdakı ölkələr yer alıb:

1. Ukrayna - 1,556 min (-1%)

2. Qazaxıstan - 656 min (0%)

3. Çin - 216 min (+18%)

4. Finlandiya - 204 min (-13%)

5. Azərbaycan - 193 min (+7%)

AzVision.az

Teqlər: Azərbaycan   Rusiya   Səfər   Turizm