Deputatlar növbədənkənar iclasa çağırıldı

Deputatlar növbədənkənar iclasa çağırıldı
  11 İyun 2018    Oxunub:1089
Sabah Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyada ilk plenar iclası keçiriləcək.
AzVision.az-ın məlumatına görə, iclasın gündəliyinə 23 məsələ daxildir.

Bunlar “Təhsil haqqında”, Məşğulluq haqqında”, “Normativ hüquqi aktlar haqqında”, “Siyasi partiyalar haqqında”, “Dövlət rüsumu haqqında”, “Sərhəd qoşunları haqqında” və sair qanunlara, Əmək Məcəlləsinə dəyişikliklər, o cümlədən bir sıra dövlətlər ilə imzalanmış sənədlərin ratifikasiyasıdır.

Qeyd edək ki, Milli Məclisin növbədənkənar sessiyada ikinci plenar iclası iyunun 29-da keçiriləcək.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti