Azərbaycan İsraildən yeni raket kompleksi alıb - FOTOLAR

Azərbaycan İsraildən yeni raket kompleksi alıb - FOTOLAR
  11 İyun 2018    Oxunub:14414
Azərbaycan İsrail Aerokosmik Sənayesi şirkətindən “LORA” (Long-Range Artillery Missile) əməliyyat-taktiki raket kompleksi alıb.

AzVision.az xəbər verir ki, maksimal atış uzaqlığı 300 kilometrdən artıq olan kompleksin raketinin çəkisi 1580 kiloqram, döyüş başlığı hissəsinin çəkisi isə 240 kiloqramdır.
Raketin zərərvurma radiusu 100 metr təşkil edir. Bir döyüş maşınında 4 raket olur.



Onların maksimal uçuş müddəti saniyədə 300 metrdir, atışa hazırlıq vaxtı 13 dəqiqə, istismar müddəti 10 ildir. “LORA” kompleksləri GPS və İNS sistemləri ilə idarə olunur.

Əməliyyat-taktiki raket kompleksi olan “LORA” Müdafiə Nazirliyinin Raket Qoşunlarının “N” saylı hərbi hissəsinin bu gün keçirilən açılışında nümayiş etdirilib. Ölkə başçısı komplekslə tanış olub.



Qeyd edək ki, İsrail Aerokosmik Sənayesi şirkəti həm hərbi, həm də mülki sektorda əsas aerokosmik və aviasiya istehsalçısı və təchizatçısıdır. Şirkət mülki təyyarə, döyüş təyyarəsi, pilotsuz uçuş aparatları, raket, müxtəlif avionika istehsalı və təmiri ilə məşğul olur.



İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Azərbaycan   İsrail   Silah   Raket  





Xəbər lenti