Səyyar “ASAN xidmət” regionlarda fəaliyyətini davam etdirir

Səyyar “ASAN xidmət” regionlarda fəaliyyətini davam etdirir
  11 İyun 2018    Oxunub:1264
Səyyar “ASAN xidmət” iyunun 14-dək Ağcabədi şəhərində, 22-dək Salyan şəhərində, 27-dək Xudat şəhərində, 28-dək Qazax şəhərində, ayın 13-dək Mərdəkan qəsəbəsində və Göytəpə şəhərində, 14-dək Aşağı Ağcakənd qəsəbəsində, 20-dək Pirəkəşkül qəsəbəsində, 21-dək Horadiz şəhərində, iyulun 3-dək Qax şəhərində vətəndaşlara səyyar xidmət göstəriləcək.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AzVision.az-a bildiriblər ki, səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir. Vətəndaşlara, eyni zamanda, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi ilə bağlı xidmətlər də göstərilir.

Səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmini və vətəndaş məmnunluğuna nail olunmasıdır.

AzVision.az


Teqlər: ASAN-xidmət  





Xəbər lenti