Çəyirtkələrin miqrasiyasının qarşısı alınıb
“Mobil Bitki Mühafizəsi dəstələrinin fəaliyyətinin müvafiq dövrün tələblərinə uyğunlaşdırılması bizə imkan verir ki, bu təhlükəli növlərin kütləvi çoxalmasının və çəyirtkə miqrasiyalarının qarşısının çevik və təxirəsalınmaz tədbirlər həyata keçirərək qısa müddətdə alaq və əkinlərə keçmələrinə imkan verməyək. Sürü halında yaşayan çəyirtkələrə qarşı mübarizə tədbirlərinin yekunlaşma ərəfəsində olmasına baxmayaraq, qonşu ölkələrdən, xüsusilə Rusiya Federasiyasından çəyirtkələrin yeni miqrasiyası təhlükəsinə qarşı hazır olmalıyıq".
Mübarizə tədbirlərinin hazırda davam etdirildiyini söyləyən Dövlət Xidmətinin rəisi bildirib ki, çəyirtkəkimilər bir sahədə bitkiləri məhv etdikdən sonra dərhal digər sahəyə, rayona, hətta qonşu ölkə ərazisinə asanlıqla miqrasiya etmək qabiliyyətinə malikdirlər:
“Bu səbəbdən də mübarizə tədbirlərini qısa zamanda həyata keçirmək lazımdır ki, kənd təsərrüfatı bitkilərinə vurula biləcək itkilərin qarşısı vaxtında alınsın". Qeyd olunub ki, bu günə qədər Tovuz, Şəmkir və Ağstafa rayonlarına aid ərazilərdə 9900 hektar sahədə aparılan kimyəvi mübarizə tədbirləri nəticəsində Mərakeş çəyirtkələrinin geniş ərazilərə miqrasiyasının qarşısı alınıb.
AzVision.az
Teqlər: KTN