RƏSMİ: “Kids studio” qeyri-qanuni fəaliyyət göstərir

  11 İyun 2018    Oxunub : 609
RƏSMİ: “Kids studio” qeyri-qanuni fəaliyyət göstərir
Bakı şəhərində fəaliyyət göstərən “Kids studio” uşaq bağçası lisenziyasız qeyri-qanuni fəaliyyət göstərir.
AzVision.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

Nazirlik rəsmisi bildirib ki, təhsil müəssisələrinin, o cümlədən bağçaların fəaliyyətinə dair lsenziyaların verilməsi "ASAN xidmət" tərəfindən həyata keçirilir: "Bu zaman Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativlərinə uyğunluğu Təhsil Nazirliyinin ekspertləri tərəfindən yoxlanılır".

Qeyd edək ki, Bakıda fəaliyyət göstərən “Kids Studio” bağçasında müəllim və tərbiyəçilərin uşaqları döyməsi, onlara fiziki və psixoloji təzyiqlər göstərməsini əks etdirən videogörüntülər yayılıb.

AzVision.az

Teqlər: