Meşədə çətənə kolları aşkarlandı

Meşədə çətənə kolları aşkarlandı
  12 İyun 2018    Oxunub:1709
Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin hərbi qulluqçuları tərəfindən Ağstafa rayonunun Sadıxlı kəndinin arxa hüdudunda “Qarayazı” dövlət meşə qoruğunda sərhəd xəttindən təqribən 3 km aralıda aşkarlanmış sahədə aqrotexniki qulluq olunmamış, hündürlüyü təqribən 120-170 sm, ümumi çəkisi 940 kq olan 4159 ədəd çətənə kolunun yabanı halda bitməsi müəyyənləşib.
DSX-in mətbuat mərkəzindən AzVision.az-a bildirilib ki, qeyd olunan çətənə kolları yerli icra nümayəndəliyi, meşə təsərrüfatı, Ağstafa rayonunun polis şöbəsinin əməkdaşlarının iştirakı ilə yığılaraq akt tərtib olunub və yandırılma yolu ilə məhv edilib.

AzVision.az


Teqlər: DSX   Çətənə  





Xəbər lenti