Novruz Məmmədov qərara dəyişiklik etdi

Novruz Məmmədov qərara dəyişiklik etdi
  12 İyun 2018    Oxunub:875
Baş nazir Novruz Məmmədov “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın və “İnformasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərin “Elektron hökumət” portalına qoşulması üçün Texniki Tələblər”in təsdiq edilməsi haqqında” qərara dəyişiklik edib.
AzVision.az xəbər verir ki, qərar “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlər haqqında” Fərmanının 5.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə dəyişdirilib.

Dəyişikliyə görə, “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın 43-cü hissəsindən “Prezidenti yanında” sözləri çıxarılıb.

AzVision.az


Teqlər: Baş-Nazir   Qərar   Novruz-Məmmədov  





Xəbər lenti