“Polonez”lər silahlanmaya daxil edilib - VİDEO+FOTO

“Polonez”lər silahlanmaya daxil edilib - VİDEO+FOTO
  12 İyun 2018    Oxunub:9427
Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında hökumətlərarası razılaşmaya əsasən ölkəmizə gətirilən 301 mm-lik “Polonez”lər Ordumuzun silahlanmasına daxil edilib.
AzVision.az xəbər verir ki , bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edək ki, Belarus 2018-ci ildə 10 ədəd “Polonez” reaktiv yaylım atəşi sistemlərinin (РСЗО) ixracına dair ilk müqavilənin yerinə yetirilməsini planlaşdırıb. “Polonez”in istehsalına 2014-cü ildə başlanıb. “Polonez”in bir maşını raketlərlə eyni zamanda səkkiz hədəfə dəqiq zərbə endirməyə imkan verir. Belə ki, bir maşın üzərində döyüşə hazır 8 raket mövcuddur.






AzVision.az


Teqlər: MN   Silah  





Xəbər lenti