I sinfə qəbul üçün 58 minə yaxın sorğu yerləşdirilib

I sinfə qəbul üçün 58 minə yaxın sorğu yerləşdirilib
  12 İyun 2018    Oxunub:1105
2018-2019-cu dərs ili üçün Bakı ilə yanaşı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun, eləcə də Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərə şagird qəbulu elektron sistem vasitəsi ilə həyata keçirilir.
AzVision.az-ın məlumatına görə, Təhsil Nazirliyinin 2017-2018-ci tədris ili üzrə hesabatında bildirilir ki, iyunun 11-nə olan məlumata əsasən, elektron sistem (mektebeqebul.edu.az) vasitəsi ilə I sinfə qəbul üçün ümumilikdə 58 minə yaxın sorğu yerləşdirilib. Belə ki, paytaxt məktəblərinin I sinfinə qəbul üçün bu günədək 42 325 sorğu yerləşdirilib. Abşeron rayonu üzrə 5776, Gəncə şəhəri üzrə 3802, Sumqayıt şəhəri üzrə 5353 nəfərin sorğusu qeydə alınıb.

Həmin bölgələr üzrə I sinfə gedəcək şagirdlərin sayının 17 873 nəfər olacağı proqnozlaşdırılır.


AzVision.az



Teqlər: Şagird  





Xəbər lenti