Cibgirlik edən keçmiş məhkumlar həbsə qayıdır

Cibgirlik edən keçmiş məhkumlar həbsə qayıdır
  12 İyun 2018    Oxunub:1440
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri ərazisində ictimai nəqliyyatda cibgirliklə məşğul olan şəxslər yaxalanıb.
DİN-in mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, Nizami (Gəncə) Rayon Polis İdarəsinə müraciət edən Gülüstan qəsəbə sakini G.Nəcəfli iyunun 11-də qəsəbə ərazisində marşrut avtobusunda çantasından içərisində 303 ABŞ dolları və 10 manatı, habelə sənədləri olan pulqabısının oğurlandığını bildirib.

Dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində ictimai nəqliyyatda oğurlu q etməkdə şübhəli bilinən 3 nəfər polis əməkdaşları tərəfindən müəyyən edilərək “isti izlər”lə saxlanılıblar.

Araşdırmalarla onların Gəncə şəhər sakinləri, əvvəllər narkotik, oğurluq, soyğunçuluq və quldurluq cinayətləri törətdiklərinə görə məhkum olunmuşlar - Namiq Cəlalov, Şahin İbrahimov və İlham Hüseynov olduqları müəyyən edilib. Saxlanılan şəxslər götürülmüş maddi sübutla birgə istintaqa təhvil veriliblər.

AzVision.az


Teqlər: DİN   Cibgir  





Xəbər lenti