Komitə sədri məcburi köçkünlərlə görüşüb

Komitə sədri məcburi köçkünlərlə görüşüb
  12 İyun 2018    Oxunub:1015
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Bakı şəhəri və ətraf qəsəbələrdə məskunlaşmış məcburi köçkünləri qəbul edib.
Dövlət Komitəsindən AzVision.az-a verilən məlumata görə, qəbulda sədr müavinləri, şöbə və departament müdirləri, ərazisi işğal olunmuş rayonların icra hakimiyyəti başçılarının müavinləri iştirak ediblər.

Məcburi köçkünlərin müraciətləri, əsasən, mənzil problemi, kommunal xidmətlər, statusun verilməsi, işəgötürmə ilə bağlı olub. Vətəndaşlar ayrı-ayrılıqda dinlənilib, müraciətləri qeydə alınıb.

Dövlət Komitəsinin sədri müraciətlərin araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün tapşırıq verib.

AzVision.az


Teqlər: Qaçqın   Məcburi-köçkün  





Xəbər lenti