Oqtay Əsədovdan deputatların təklifinə etiraz

Oqtay Əsədovdan deputatların təklifinə etiraz
  12 İyun 2018    Oxunub:1774
Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında spiker Oqtay Əsədov deputatların “Təhsil haqqında” qanunun yenidən işlənməsi ilə bağlı təkliflərinə etirazını bildirib.
AzVision.az-ın məlumatına görə, spiker hər bir qanunun yenidən işlənilməsinin mümkünsüz olduğunu bildirib.

“Uzun müddət “Təhsil haqqında” qanun qəbul olunmayıb. Nəhayət qanun qəbul edildi. İndi də deyirlər, qanunun yenidən işlənməlidir. Belə olmaz axı... Qanun olmazsa, nəyə dəyişiklik edəcəksiniz? Hər şeyi yenidən işləmək olmur axı. Onda gəlin Cinayət Məcəlləsini və digər məcəllələri də yenidən hazırlayaq...”

O.Əsədov deyib ki, qəbul olunan qanun çərçivə qanunudur: “Biri deyir məktəbə telefonla gəlirlər, ona qanun çıxarmalıyıq. Başqa biri deyir çantası ağırdır ona qanun çıxaraq. İcra strukturları, nazirliklər var bu onların işidir. Özləri öz fəaliyyətlərini qursunlar. Bunlar qanunla tənzimlənə bilməz. Biz çərçivə qanunu qəbul etmişik. Onun əsasında aidiyyatı orqanlar öz işlərini qurub, fəaliyyət göstərməlidirlər”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Spiker   Qanun  





Xəbər lenti