Çavuşoğlu azərbaycanlı jurnalistlərlə görüşəcək

Çavuşoğlu azərbaycanlı jurnalistlərlə görüşəcək
  12 İyun 2018    Oxunub:1384
Azərbaycanlı jurnalistlər Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə canlı yayımda olacaq.
AzVision.az xəbər verir ki, Alanya Qəzetçilər Cəmiyyətinin dəvəti ilə Türkiyədə səfərdə olan Parlament Jurnalistlər Birliyinin bir qrup üzvü bu Mövlud Çavuşoğlu görüşəcək.

M. Çavuşoğlu Alanyanın Dimtv.tv televiziyasının “Seçim özel” proqramının bu gün axşam yayımlanacaq canlı efirində qonaq olacaq. Xarici işlər naziri canlı efirdə türkiyəli jurnalistlərlə yanaşı, azərbaycanlı jurnalistlərin də suallarını cavablandıracaq.

Qeyd edək ki, proqram Bakı vaxtı ilə 20:00-da yayımlanacaq.

AzVision.az


Teqlər: Çavuşoğlu   Türkiyə  





Xəbər lenti