Ötən gün 121 cinayət törədilib - 37 nəfər saxlanılıb

Ötən gün 121 cinayət törədilib - 37 nəfər saxlanılıb
  13 İyun 2018    Oxunub:1683
Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, iyunun 12-də ölkədə 121 cinayət faktı qeydə alınıb, onların da 29-u “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 34 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 21 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb.

AzVision.az


Teqlər: DİN   Cinayət   Polis   Həbs  





Xəbər lenti