Gömrük-media əməkdaşlığı müzakirə edilir - FOTO

Gömrük-media əməkdaşlığı müzakirə edilir - FOTO
  13 İyun 2018    Oxunub:1249
Bakıda "Azərbaycan Gömrüyü - bu gün və sabahın çağırışları" mövzusunda seminar keçirilir.
AzVision.az-ın məlumatına görə, tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib ki, seminar gömrük-media əməkdaşlığına böyük təkan verəcək.

Gömrük komitəsinin yaranma tarixindən söz açan komitə sədri bildirib ki, gömrük orqanlarının formalaşması çətin yol keçib. Onun sözlərinə görə, il ərzində sərhəd keçid məntəqələrində 5 milyon 4 yüz min vətəndaşa xidmət göstərilib: "Arzusunda olan jurnalistlər üçün 1 aylıq və 20 günlük kurslar təşkil oluna bilər".



Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov bu seminarın hər iki tərəf üçün faydalı olacağını deyib. Ə.Amaşov vurğulayıb ki, media Gömrük Komitəsinin işinə daim dəstək olacaq.

Çıxış edən "APA Holdinq"in prezidenti Vüsalə Mahirqızı deyib ki, gömrükdən yazan jurnalistlərin ixtisaslaşması üçün belə seminarların keçirilmısinin böyük əhəmiyyəti var.



Trend İnformasiya Agentliyinin baş direktorunu müavini Arzu Nağıyev isə bildirib ki, peşəkarlıq ən mühüm məsələlərdən biridir və belə seminarlar jurnalistlərin ixtisaslaşması baxımından böyük əhımiyyət kəsb edir.

Qeyd edək ki, media əməkdaşları üçün təşkil olunan iki günlük seminar sabah başa çatacaq.



Elvin Abdulqədirov
AzVision.az


Teqlər:





Xəbər lenti