10 kq narkotik dövriyyədən çıxarılıb

10 kq narkotik dövriyyədən çıxarılıb
  13 İyun 2018    Oxunub:1263
Respublikanın daxili işlər orqanları ümumən cinayətkarlığa, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlərini qətiyyətlə davam etdirirlər.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən xəbərə görə, iyunun 12-də bu istiqamətdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində çəkisi 10 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə polis əməkdaşları tərəfindən aşkar edilərək götürülüb.

Qeyd edək ki, ötən gün ərzində daxili işlər orqanları tərəfindən narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib. Bu istiqamətdə tədbirlər davam etdirilir.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti