60-a yaxın ailə Cocuq Mərcanlıya köçürülüb

60-a yaxın ailə Cocuq Mərcanlıya köçürülüb
  13 İyun 2018    Oxunub:1856
İyunun 1-dən bu günə qədər Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə ikinci köç zamanı 60-a yaxın ailə köçürülüb.

Bu barədə AzVision.az-a Cəbrayılın Cocuq Mərcanlı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Xanlar Zeynalov məlumat verib. Onun sözlərinə görə, hər gün 3-4 ailə kəndə qayıdır.
“Proses davam edir, hər gün 3 və ya 4 ailə evlərinə yerləşdirilir. Köçürülən ailələr əsasən Bakıdan və Biləsuvardan gələnlərdir. Uşaqları dərsə gedən valideynlər dərs ilinin başa çatmasını və imtahanları gözləyirlər. Bilsəvur rayonunda məskunlaşan məcburi köçkünlər isə əkin sahələrində arpa, buğda biçini ilə məşğul olduğu üçün hələ gəlməyiblər. Onlar da yaxın zamanlarda gələcəklər”, - deyə icra nümayəndəsi bildirib.

Qeyd edək ki, Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində tikinti-bərpa və abadlıq-quruculuq işlərinin növbəti mərhələsində 100 fərdi yaşayış evinin, 50 yerlik uşaq bağçasının, inzibati bina, tibb məntəqəsi və klub-icma mərkəzi üçün binaların, poçt binasının və digər zəruri infrastruktur obyektlərinin tikintisi aparılıb. 17 hektar ərazidə inşa edilən evlərin 14-ü birotaqlı, 38-i ikiotaqlı, 36-sı üçotaqlı, 12-si dördotaqlıdır. Hər bir ailə üçün 0,10 hektar torpaq sahəsi ayrılıb.

Aytən Zəhra
AzVision.az


Teqlər: Cocur-Mərcanlı   Cəbrayıl  





Xəbər lenti