Təhsil naziri “Son zəng”lə bağlı əmr imzaladı

  13 İyun 2018    Oxunub : 585
Təhsil naziri “Son zəng”lə bağlı əmr imzaladı
Təhsil naziri Ceyhun Bayramov “Son zəng” tədbiri haqqında əmr imzalayıb.
AzVision.az-ın məlumatına görə, müvafiq əmrə əsasən, “Son zəng” tədbiri iyunun 14-də hər bir təhsil müəssisəsinin ərazisində təşkil olunacaq.

Əmrdə məktəb rəhbərlərinə “Son zəng” tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyət nümayəndələrinin, məktəbin sabiq məzunlarının iştirakı tövsiyə edilib. Yerli təhsili idarəetmə qurumları tərəfindən “Son zəng”in məzmunlu keçirilməsi və şagirdlərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsi də əmrdə əks olunub.

Əmrin icrasına nəzarət Aparat rəhbəri vəzifəsini icra edən, müşavir Muxtar Məmmədova həvalə olunub.

AzVision.az

Teqlər: Son-Zəng