Cocuq Mərcanlıda bu il "son zəng" keçirilməyəcək

Cocuq Mərcanlıda bu il "son zəng" keçirilməyəcək
  13 İyun 2018    Oxunub:2141
“Cəbrayıl rayonunun Cocuq Mərcanlı kənd orta məktəbində 11-ci sinif olmadığı üçün bu il "son zəng" keçirilməyəcək”
Bu barədə AzVision.az-a Cocuq Mərcanlı kənd məktəbinin direktoru Zamin Həziyev bildirib. O, deyib ki, bu il yalnız IX sinif üzrə 4 şagirdin buraxılışı olacaq.

“İkinci köç gec başladığı üçün Bakı və Bilsəvurda oxuyan 11-ci sinif şagirdləri bizim məktəbə gələ bilmədilər. Artıq sabah dərslər bağlanır və onlar oxuduqları məktəblərdə “Son zəng”i keçirəcəklər. Hazırda 100 evə köç davam edir. Həmin ailələrdə olan təxminən 50-dən çox şagird 2018-2019-cu tədris ilində bizim məktəbdə təhsillərini davam etdirəcəklər”.

Z.Həziyev yeni tədris ilində 6 şagirdin birinci sinifə gələcəyini qeyd edib.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Məktəb   Son-zəng   Cocuq-Mərcanlı  





Xəbər lenti