Dövlət əmlakını oğurlayan şəxs tutuldu

Dövlət əmlakını oğurlayan şəxs tutuldu
  13 İyun 2018    Oxunub:1167
İyunun 12-də Abşeron Rayon Polis İdarəsinə cari il mart ayının 26-da Hökməli qəsəbəsi ərazisində 2 min metrə yaxın elektrik xəttinin kəsilərək oğurlandığı barədə məlumat daxil olub.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, pPolis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində strateji əhəmiyyət daşıyan mühüm dövlət əmlakını oğurlamaqda şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Polis idarəsində aparılan araşdırmalarla qəsəbə sakini, əvvəllər də məhkum olunmuş Heybət Dadaşovun digər cinayət əməlinin də üstü açılıb. Onun fevral ayının 23-də qəsəbə əarazisindəki evlərin birindən kombi aparatını oğurladığı da müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb.

AzVision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti