“İradə Cavadova ilə problemim olmayıb” - Anar Bağırov

“İradə Cavadova ilə problemim olmayıb” - Anar Bağırov
  14 İyun 2018    Oxunub:2531
"Mənimlə İradə xanım arasında heç vaxt problem olmayıb, konfransda da sədrliyə namizədliyimin lehinə olub"

AzVision.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov vəkil İradə Cavadova ilə bağlı "Facebook" səhifəsində yazdığı statusda bildirib.
"Vəkil İradə Cavadova ilə dünən Vəkillər Kollegiyasında görüşümüz oldu. Hər ikimiz bizim şəxsi münasibətlərimizin yaxşı olmaması barədə söylənilən fikirlərin absurd olduğunu qeyd etdik, mənimlə İradə xanım arasında heç vaxt problem olmayıb, konfransda da sədrliyə namizədliyimin lehinə olub. Olan məsələlərin də sivil qaydada həll olunmasının tərəfdarıyıq", - deyə Vəkillər Kollegiyasının sədri vurğulayıb.

Qeyd edək ki, bir neçə gün əvvəl İradə Cavadovanın Vəkillər Kollegiyasında üzvlüyünə xitam verilib.

AzVision.az


Teqlər: Vəkillər-Kollegiyası   Anar-Bağırov  





Xəbər lenti