"Baş naziri İvanişvili istefaya göndərib" - Politoloq

"Baş naziri İvanişvili istefaya göndərib" - Politoloq
  14 İyun 2018    Oxunub:2188
"Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili istefa verib. O, bunun səbəbi kimi hakim komanda daxilində müəyyən məsələlər üzrə fikir ayrılıqlarının olduğunu göstərib. Fikrimcə, bu istefanın arxasında Gürcüstan hakimiyyətinin "xaç atası" Bidzina İvanişvili dayanır"
AzVision.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Giorgi Kvirikaşvilinin Gürcüstanın baş naziri postundan istefasını şərh edərkən deyib.

Politoloq bildirib: "İvanişvili görür ki, hakim “Gürcü arzusu” partiyasının və hökumətin reytinqi sürətlə aşağı enir. Bu isə gələcək parlament seçkisində müxalifətin qələbə çalmaq və keçmiş prezident Mixail Saakaşvilini geri qayıtmaq imkanlarını artırır. İvanişvili seçkidə məğlubiyyətə dözər, ancaq Saakaşvilini geri qayıdışı onun ən qorxulu röyasıdır. Buna görə də İvanişvili təcili olaraq hökumətdə yerdəyişmələr edir. İki variant var: Ya hökumətin başına özü keçəcək, ya da Kvrikaşvili kimi bir gənci tapıb baş nazir seçdirəcək".



Qeyd edək ki, Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili vəzifəsindən istefa verib. Kvirikaşvili istefa qərarını bu gün keçirdiyi brifinqdə açıqlayıb.

"Mən hər bir vətəndaşın baş naziri olmağa çalışdım. Bu gün vəzifəmi tərk edirəm", - deyə Kvirikaşvili bəyan edib.

Qeyd edək ki, son ay ərzində bir neçə dəfə Gürcüstanda hökumət əleyhinə kütləvi etiraz aksiyaları keçirilib. Aksiyaçıların əsas tələbi baş nazirin istefası idi.

Xatırladaq ki, Georgi Kvirikaşvili 2015-ci il dekabrın 30-dan Gürcüstan hökumətinin rəhbəri vəzifəsini tuturdu.

AzVision.az


Teqlər: Elxan-Şahinoğlu   Gürcüstan  





Xəbər lenti