Bu gün “Son zəng”dir
2017-2018-ci tədris ilində respublika üzrə 4442 ümumi təhsil məktəbində fəaliyyət göstərən 4767 məktəbəhazırlıq qrupunu 93 960 uşaq başa vurub. Növbəti tədris ilində dövlət hesabına fəaliyyət göstərən məktəbəhazırlıq qruplarına respublika üzrə cəlb olunacaq uşaqların sayının beşyaşlıların 75 faizini təşkil edəcəyi proqnoz edilir.
2018-2019-cu tədris ilində respublikanın ümumtəhsil məktəblərinin I siniflərinə 165 780 uşağın qəbulu proqnozlaşdırılır.
Təhsil naziri Ceyhun Bayramovun əmrinə əsasən, "Son zəng" tədbiri iyunun 14-də hər bir təhsil müəssisəsinin ərazisində təşkil olunacaq. Əmrdə məktəb rəhbərlərinə “Son zəng” tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyət nümayəndələrinin, məktəbin sabiq məzunlarının iştirakı tövsiyə edilib.
AzVision.az