Metro gücləndirilmiş rejimdə çalışacaq

Metro gücləndirilmiş rejimdə çalışacaq
  14 İyun 2018    Oxunub:2648
15 İyun – Milli Qurtuluş Günü və Ramazan bayramı münasibətilə ölkədə elan edilmiş 5 qeyri-iş günü ərzində, "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynovun imzaladığı əmrə əsasən, metropoliten gücləndirilmiş iş rejimində çalışacaq.
QSC-dən AzVision.az-a verilən məlumata görə, əmrlə bütün struktur vahidlərinin rəhbərlərinin qarşısına konkret vəzifələr qoyulub. Həmçinin bayram günlərində əlavə növbətçiliklərin təşkili və zərurət yarandığı halda, ehtiyat qatarların xəttə buraxılması nəzərdə tutulub.

AzVision.az


Teqlər: Metro  





Xəbər lenti