Gömrükdə 1026 marşrutdan çıxma faktının qarşısı alınıb

Gömrükdə 1026 marşrutdan çıxma faktının qarşısı alınıb
  14 İyun 2018    Oxunub:1496
Bu ilin 5 ayı ərzində yük nəqliyyat vasitələrinin 1026 marşrutdan çıxma faktının qarşısı alınıb.
AzVision.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin Gömrük Risklərinin təhlili və Audit İdarəsi rəisinin müavini Razim Zamanov "Azərbaycan Gömrüyü - bu gün və sabahın çağırışları" mövzusunda keçirilən seminarın ikinci günündəki çıxışında deyib.

R.Zamanov bildirib ki, marşrutdan çıxma faktı ilə bağlı 33 halda İnzibati Xətalar Məcəlləsinə əsasən cərimə tətbiq olunub.

Qeyd edək ki, yük nəqliyyat vasitələrinin marşrutdan çıxma halları zamanı İnzibati Xətalar Məcələsilə fiziki şəxlər 50 manat, hüquqi şəxslər 100 manat cərimələnir.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Gömrük  





Xəbər lenti