Baş nazir Makronun müşaviri ilə Qarabağı müzakirə edib

Baş nazir Makronun müşaviri ilə Qarabağı müzakirə edib
  14 İyun 2018    Oxunub:1326
Parisə səfəri çərçivəsində Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov Fransa Prezidentinin diplomatik müşaviri Filip Etiyen ilə görüşüb.
Görüşdə siyasət, iqtisadiyyat, mədəniyyət və humanitar sahələrdəki əlaqələr, eləcə də Dağlıq Qarabağ məsələsi, Azərbaycan-Aİ münasibətləri, həmçinin regional geosiyasi vəziyyət müzakirə edilib. Yüksək səviyyəli qarşılıqlı səfərlərin təşkilinin əhəmiyyəti vurğulanıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyi bildirilib. Qeyd edilib ki, Dağlıq Qarabağ münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında, xüsusilə də BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində Fransadan səylərini artırması gözlənilir.

AzVision.az


Teqlər: Novruz-Məmmədov   Fransa  





Xəbər lenti