Təcili yardım da gücləndirilmiş rejimə keçir
“Bölmələr və baş idarə üzrə növbətçilik tərtib olunub, məsul şəxslərdən ibarət insanlar iş yerlərində olacaq və təcili yardımın işinə rəhbərlik edəcəklər. Təcili yardım digər tibb müəssisələri, yəni mərkəzi xəstəxanalar kimi gücləndirilmiş iş rejimində çalışır. Əhalinin 24 saatlıq tibbi xidmətini göstərməyə hazırıq. Bu sistemi yaratmaqda məqsəd ondan ibarətdir ki, 1-ci səviyyə poliklinikalar işləmədiyi üçün əhalinin tibbi yardımını zəruri olduğu halda təcili yardım öz üzərinə götürür. Hər bir çağırışa çalışacayıq ki, vaxtında, çevik cavab verib, insanlara yardım edək”.
Aytən Zəhra
AzVision.az
Teqlər: Rauf-Nağıyev Baş-Həkim Ramazan Bayram