Köçkünlər üçün əmək yarmarkası keçiriləcək

Köçkünlər üçün əmək yarmarkası keçiriləcək
  15 İyun 2018    Oxunub:2671
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə məcburi köçkünlər üçün əmək yarmarkası keçirəcək.
Komitədən AzVision.az-a verilən məlumata görə, yarmarka 22 iyunda Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün salınmış yaşayış kompleksindəki məktəbin binasında təşkil ediləcək.

Yarmarkanın keçirilməsində məqsəd məcburi köçkünlərin işlə təmin edilməsinə köməklik göstərməkdir.

AzVision.az


Teqlər: Yarmarka   Qaçqınkom  





Xəbər lenti