Putin Paşinyanı İlham Əliyevlə tanış edib

Putin Paşinyanı İlham Əliyevlə tanış edib
  15 İyun 2018    Oxunub:3926
Rusiya prezidenti Vladimir Putin Moskvada səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyanı Azərbaycan Prezidenti İlham Əliyevlə tanış edib.
AzVision.az news.am-a istinadən xəbər verir ki, bu barədə Paşinyan “Facebook” səhifəsində yaydığı videoda deyib.

“Rusiya prezidenti futbol oyunundan sonra MDB ölkələrinin liderləri formatında kiçik qəbul təşkil etdi. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edirdi. Rusiya prezidenti bizi tanış etdi. Bu, sadəcə tanışlıq idi, heç bir müzakirə və təmas olmadı”, - deyə Paşinyan bildirib.

Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Moskvada futbol üzrə dünya çempionatının açılış mərasimində iştirak ediblər.

AzVision.az


Teqlər: Putin   Paşinyan   İlham-Əliyev   Rusiya   Moskva  





Xəbər lenti