Azərbaycanda bayram namazı qılınıb - FOTOLAR

Azərbaycanda bayram namazı qılınıb - FOTOLAR
  15 İyun 2018    Oxunub:2319
Bu gün Ramazan ayının başa çatması ilə əlaqədar Azərbaycanda bayram namazı qılınıb. AzVision.az-ın məlumatına görə, saat 08.00-da “Əjdərbəy” məscidində, saat 09.00-da isə “Təzəpir” məscidində bayram namazının qılınmasına başlanıb.
“Təzəpir” məscidində bayram namazında Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə də iştirak edib. QMİ sədri bütün müsəlmanları, o cümlədən Azərbaycan xalqını təbrik edib.

Qeyd edək ki, Azərbaycanda Ramazan ayı mayın 17-də başlayıb. İyunun 15-i və 16-sı Azərbaycanda Ramazan bayramıdır.











Foto: Elvin Abdulla
AzVision.az


Teqlər: Ramazan  





Xəbər lenti