Diaspor Gənclərinin Yay Düşərgəsinə qeydiyyat başladı

Diaspor Gənclərinin Yay Düşərgəsinə qeydiyyat başladı
  15 İyun 2018    Oxunub:1699
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi, Gənclər Fondunun birgə təşkil etdiyi xaricdə yaşayan gənc diaspor nümayəndələri üçün Diaspor Gənclərinin I Yay Düşərgəsində iştirakla bağlı müraciətlərin qeydiyyatı başladı.
Komitədən AzVision.az-a verilən xəbərə görə, 15-20 avqust 2018-ci il tarixlərdə təşkil ediləcək düşərgənin məqsədi Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasının 100 illiyi münasibəti ilə dünyada yaşayan Azərbaycan əsilli gəncləri bir araya gətirərək diaspor hərakatını gücləndirməkdir.İştirakçı seçimi meyarları:

· 18-29 yaş qrupunda olmalı;
· Azərbaycan dilində ünsiyyət bacarığı;
· Diaspor nümayəndəsi və ya diaspor təşkilatının üzvü olmalı;
·Düşərgə müddətində tam davamiyyətə məsul olmalıdır.
İş qaydası: Düşərgədə qrup müzakirələri, Azərbaycanın tarixi və mədəni yerlərinə ziyarət, rəsmi və tanınmış şəxslərlə görüşlər, əyləncəli-maarifləndirici proqramlar keçiriləcək. Düşərgədə tam iştirak edən iştirakçılar diplomla təltif olunacaqlar.

Xərclər: Diaspor Gənclərinin I Yay Düşərgəsi ödənişsizdir. İştirakçıların bütün xərcləri (yol xərcləri, viza, yaşayış, yemək, daxili nəqliyyat, səyahət sığortası) tam şəkildə qarşılanacaq.
Müraciət prosesi: Aşağıda göstərilmiş bütün sənədlər 30 iyun, 2018-ci il tarixinə qədər https://azvision.az/redirect.php?url=http://www.diaspora.gov.az/qeydiyyat/ link vasitəsi ilə elektron şəkildə təqdim olunmalıdır.
·Ərizə forması
·Dəstək məktubu (üzvü olduğu diaspor təşkilatı, Azərbaycan Respublikasının xarici ölkələrdə akkreditasiya olunmuş nümayəndəliyi (səfirlik/konsulluq) və bu və ya digər formada Azərbaycan Respublikası ilə hüquqi bağlılığı olan təşkilatlardan)
· Pasportun surəti
Diaspor Gənclərinin I Yay Düşərgəsinə seçilən namizədlərlə 15 iyul 2018-ci il tarixinə qədər əlaqə saxlanılacaq və video görüntülü müsahibəyə dəvət ediləcək.

AzVision.az


Teqlər: Düşərgə  





Xəbər lenti