Əcnəbilər üçün bayram süfrəsi açıldı - FOTOLAR

Əcnəbilər üçün bayram süfrəsi açıldı - FOTOLAR
  15 İyun 2018    Oxunub:3715
Humanizmin, şəfqət və mərhəmət duyğularının, milli-mənəvi həmrəyliyin təntənəsini nümayiş etdirən Ramazan bayramı ölkəmizdə yüksək əhval-ruhiyyə ilə qeyd edilir.
AzVision.az xəbər verir ki, Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən Bakı şəhər Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün Ramazan bayramı münasibətilə süfrə açılıb. İlahi hikmətlər xəzinəsi Qurani-Kərimin nazil olduğu müqəddəs ayda tutulan orucların, edilən duaların Tanrı dərgahında qəbul olunması arzulanıb.



Bayram tədbirində Mərkəzin rəisi Taleh İbrahimov bildirib ki, ölkəmizdə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yerli şəraitə uyğunlaşdırılmaları, Azərbaycan cəmiyyətinə inteqrasiya olunmaları daim diqqət mərkəzində saxlanılır, onlara hər zaman qayğı göstərilir. Təşkil edilən bu bayram süfrəsi də əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə multikultural və tolerant prinsiplərə yüksək qiymət verən dövlətimizin qayğısının nümunəsidir.



Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə minnətdarlıqlarını bildiriblər.






AzVision.az


Teqlər: DMX   Əcnəbi  





Xəbər lenti