“BBC” uşaqları proqramlaşdırmaya cəlb edəcək

“BBC” uşaqları proqramlaşdırmaya cəlb edəcək
  13 Oktyabr 2013    Oxunub:481
Böyük Britaniyanın “BBC” televiziya şirkəti müxtəlif texnoloji şirkət, dövlət təşkilatları və məktəblərlə əməkdaşlıqda uşaqları rəqəmli texnologiyalar və proqramlaşdırmaya cəlb edən maarifləndirici layihələri işə salmağa hazırlaşır. Bu layihələr haqqında “BBC” yaxın aylarda daha ətraflı məlumat verəcək.
Azvsison.az Computerworld-a istinadən xəbər verir ki, 30 il bundan əvvəl “BBC” Böyük Britaniyada kompüter biliklərinin artırılması üzrə miqyaslı layihə həyata keçirib. Belə ki, “BBC”-nin sifarişi ilə “Acorn” şirkəti məktəblər üçün “BBC Micro” mikrokompüterini hazırlayaraq britaniyalı məktəblilərin texnologiya və proqramlaşdırmaya marağının artmasına kömək edib.

“BBC” şirkətinin “Future Media” bölməsinin direktoru Ralf Riverin bildirdiyinə görə, əvvəlki illərdə “BBC” elektron texnologiyaların gələcək lider nəslini ruhlandıraraq çox mühüm rol oynayıb. İndi isə onların yaradıcılıq bacarıqlarını oyatmaq vaxtı çatıb.
2014-cü ildən etibarən İngiltərə və Uelsdə kompüter elmləri sahəsində yeni məktəb proqramı qüvvəyə minəcək. Proqramda əsas diqqət uşaqların hazır kompüter proqramlarından istifadəsinə yox, proqramlaşdırmaya öyrədilməsinə yetirilir.


Teqlər:





Xəbər lenti