Ermənilər Qazaxda mülki şəxsi yaraladı - FOTOLAR (Yenilənib)

Ermənilər Qazaxda mülki şəxsi yaraladı - FOTOLAR (Yenilənib)
  16 İyun 2018    Oxunub:7014
Qazax sakini ermənilərin açdığı atəş nəticəsində yaralanıb.
AzVision.az Ordu.az-a istinadən xəbər verir ki, rayonun Aşağı Quşçu kənd sakini, 1990-cı il təvəllüdlü Ağamalıyeva Güləna Aqif qızı ayağının topuq nahiyəsindən aldığı güllə yarası ilə xəstəxanaya çatdırılıb.

Ailə üzvləri bildiriblər ki, G.Ağamalıyeva erməni silahlılarının açdığı atəş nəticəsində yaralanıb.



Məlumata görə, dinc sakin təmas xəttinə yaxın ərazidə quzu otararkən, ermənilərin atəşinə məruz qalıb.

Qazax Daqnostika mərkəzinin həkimi Aişə Əlisgəndərova yaralının sol ayaq pəncəsini dəlib keçən güllə yarası diaqnozu ilə xəstəxanaya yerləşdirildiyini, hazırda vəziyyətinin kafi olduğunu bildirib. Faktla bağlı araşdırma aparılır.









AzVision.az


Teqlər: Qazax   Ermənistan  





Xəbər lenti