Aprel qazisinə maşın hədiyyə edildi - FOTOLAR

Aprel qazisinə maşın hədiyyə edildi - FOTOLAR
  15 İyun 2018    Oxunub:7251
2016-cı ilin aprel ayında Ermənistanın silahlı təxribatının qarşısının alınmasında iştirak edən və bu döyüşlərdə yaralanaraq əlil olmuş hərbçi - mayor Asif Novruz oğlu Rəsulova “Azərmaş” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən minik avtomobili hədiyyə edilib.
“Xəzər” markalı minik avtomobili “Azərmaş” ASC-nin idarə heyəti sədrinin birinci müavini Zaur Hacıyev tərəfindən hərbçiyə təqdim edilib. Z.Hacıyev sosial məsuliyyət əsaslı layihələri gələcəkdə də davam etdirmək niyyətində olduqlarını deyib.



Asif Rəsulov ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərin iştirakçılarına, bu döyüşlərdə yaralanmış insanlara, habelə həlak olmuş Vətən övladlarının ailələrinə Azərbaycan Prezidenti tərəfindən göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlığını ifadə edib.



Qeyd edək ki, mayor Asif Rəsulov aprel döyüşlərində göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” üçüncü dərəcəli medalla təltif olunub.



AzVision.az


Teqlər: Aprel-Qazisi   Maşın   Xəzər  





Xəbər lenti