"Qanın milləti yoxdur" - Leyla Əliyevadan aksiya
Qan Mərkəzinin rəhbəri, tibb elmləri doktoru, professor Əliheydər Rəhimov hər il təşkil edilən "Qanın milləti yoxdur" donor aksiyasına görə RAGB-nin sədri Leyla Əliyevaya və Azərbaycan klubuna təşəkkür edib.
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Azərbaycan klubunun sədri Hava Səfərova bildirib ki, bu cür tədbirlər insanlar arasında dostluğun, etimadın və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə kömək edir. O deyib: "Biz bu aksiya ilə bütün dünyaya göstərmək istəyirik ki, qan tökülməməli, əksinə paylaşılmalıdır! Donorların aksiyaya qoşulmasını yüksək qiymətləndiririk. Qan insanları birləşdirir. "Bizim damarlarımızdan eyni qan axır" sözləri keçirdiyimiz tədbirdə gerçəkliyə çevrilir".
Qeyd edək ki, RAGB-nin aksiyaları son on ildə müntəzəm olaraq əcnəbi tələbələrlə iş üzrə dekanlığın əməkdaşları və tələbələrlə birgə keçirilir.
AzVision.az
Teqlər: Leyla-Əliyeva Aksiya