Ermənilərin yaraladığı qadın evə buraxılıb

Ermənilərin yaraladığı qadın evə buraxılıb
  16 İyun 2018    Oxunub:3163
Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində yaralanan Qaxaz rayon sakini Güləna Ağamalıyeva evə buraxılıb

Bu barədə AzVision.az-a Qazax Müalicə Diaqnostika Mərkəzinin baş həkimi Kamandar İbrahimov deyib. Onun sözlərinə görə, xəstənin vəziyyəti yaxşıdır.
"Dünən yaralı qadın daxil olan kimi ona ilkin yardım göstərilib. Vəziyyəti yaxşı olduğu üçün evə buraxılıb".

Qeyd edək ki, ötən gün Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində Qazax rayonun Aşağı Quşçu kənd sakini, 1990-cı il təvəllüdlü Ağamalıyeva Güləna Aqif qızı ayağının topuq nahiyəsindən aldığı güllə yarası ilə xəstəxanaya çatdırılıb. Dinc sakin təmas xəttinə yaxın ərazidə quzu otararkən ermənilərin atəşinə məruz qalıb.



Aytən Zəhra
AzVision.az


Teqlər: Qaxaz   Ermənistan   yaralı  





Xəbər lenti